Qadin.NET / "Barselona"nın ulduzu karyerasına son qoyur

"Barselona"nın ulduzu karyerasına son qoyur

 

15 ildir "Barselona"nın uğurları üçün çalışan Karles Puyol Kataloniya klubu ilə yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının xəbərinə görə, müdafiəçi, ümumiyyətlə, futboldan getmək fikrindədir.İllərdir diz qapağından əziyyət çəkən təcrübəli futbolçu bu haqda "El Mundo Deportivo"ya açıqlama verib: "Barselona" elə bir klubdur ki, burada çıxış etmək hamı üçün şərəfdir. Ancaq hazırkı vəziyyətdə fiziki yüklənmələri nəzərə alsaq, mənim üçün ən yaxşısı mövsüm başa çatan kimi futbolla vidalaşmaqdır”.
35 yaşlı veteran 1999-cu ildən "Barsa"nın əsas komandasında forma geyinir. Bu illər ərzində 391 matçda meydana çıxıb və 11 oyunda fərqlənib.
Mənbə: Milli.Az

 

25 fevral 2014
GO BACK