Qadin.NET / Dəyərli işçini necə saxlamaq olar?

Dəyərli işçini necə saxlamaq olar?

 

Kadrların itirilməsi məsələsi bütün ölkələrdə aktual problemdir. Həmçinin işəgötürənlərin baş ağrısıdır. Bununla belə, bəzi müəssisələr dəyərli kadrları saxlamağı bacarırlar. Bəzi yerlərdə isə işəgötürənlərin imkanları məhduddur. 

Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu barədə "Р­С…Рѕ" qəzetinə Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib. 
"Misal üçün, Azərbaycandakı büdcə təşkilatlarında və dövlət qulluğunda peşəkar mütəxəssisləri saxlamaq üçün heç bir imkan yoxdur. Çünki belə iş yerlərində müəyyən edilmiş əmək haqqı və mükafatlar olur. Əməkdaşların digər vasitələrlə saxlanılması imkanları yoxdur. Özəl müəssisələrdə isə sahibkar əmək haqqını qaldırmaqla və digər qeyri-maddi addımlar atmaqla işçini stimullaşdıra bilir. Belə olan halda sahibkarların imkanları daha genişdir", - o əlavə edib. 
Bununla belə, bəzi şəxslər hesab edirlər ki, əmək haqqının az olmasına baxmayaraq, büdcə təşkilatlarında çalışmağın da öz üstünlükləri var. Bu işin stabilliyi, məzuniyyət, sosial paketlər, işin daimiliyi və digər məsələlərlə bağlıdır. Məhz bu amil işçini saxlamağa imkan yaradır.

Mənbə: Milli.Az

25 fevral 2014
GO BACK