Qadin.NET / Azərbaycanlı alimdən xəbərdarlıq: yaxın günlərdə ehtiyatlı olun

Azərbaycanlı alimdən xəbərdarlıq: yaxın günlərdə ehtiyatlı olun

 

Yaxın 3-4 gündən sonra Yerdə maqnit təlatümləri və fırtınaları ola bilər.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov Trend-ə deyib ki, bu gün səhər saatlarında Günəşdə partlayış baş verib. Alışma saat 4.40-da başlayıb, 5.03-də yekunlaşıb və 23 dəqiqiə davam edib.

N.Cəlilov qeyd edib ki, fevralın 8-də Günəşdə baş vermiş partlayış Yer üçün təhlükəli olsa da, onun Yerə təsir gücü zəif olub: "Bu alışma Yer üçün ona görə təhlükəli olub ki, alışmanın mənbəyi düz Yerə tuşlanıb. Amma bu gün səhər baş verən alışma daha güclü olub".
Bu gün səhər baş verən alışmanı son iki ilin, eləcə də son 11 illik tsiklin ən güclü alışması olduğunu deyən şöbə müdiri bildirib ki, bu alışmanın gücü rentgen şkalasında 4,9 bala malik olub. Onun mənbəyi Günəş diskinin şərq tərəfində olub. Başqa sözlə, alışmanın mənbəyi birbaşa Yerə tuşlanmayıb.
Alışmanın mənbəyinin Yerə tuşlanmamasını xoşbəxtlik sayan N.Cəlilov deyib ki, bu baxımdan bugünkü alışma Yer üçün təhlükəli hesab olunmur: "Günəş diskinin həm sağında, həm də solunda güclü alışmalar baş verir. Amma diskin ortasında çox dərin tac dəliyi var. Tac dəliyi elədir ki, oradan Yerə böyük miqdarda-milyardlarla qaynar plazma kütlələri atılır. İndi həmin tac dəliyi Yerə tərəf tuşlanıb".
N.Cəlilov deyib ki, həmin tac dəliyindən Yerə atıla bilən plazma kütlələrinin təsirindən 3-4 gündən sonra Yerdə maqnit təlatümləri, fırtınaları yarana bilər. Ancaq həmin maqnit təlatümləri və fırtınalarının hansı səviyyədə olacağını əvvəlcədən demək çətindir.
Mütəxəssis bildirib ki, əgər alışmanın mənbəyi Yerə tuşlansaydı, onda maqnit təlatümlərinin hansı səviyyədə olacağını demək olardı. Ancaq dərin dəlikdən plazmaların hansı gücdə gələcəyini demək çətindir. Çünki o, müşahidə olunmur.
Mənbə: Milli.Az

 

25 fevral 2014
GO BACK