Qadin.NET / Bakı bulvarının ziyarətçilərini yenilik gözləyir

Bakı bulvarının ziyarətçilərini yenilik gözləyir

 

Bakı bulvarına tikinti texnikası gətirilib və yeni xəndəklər qazılıb. Milli.Az Day.Az saytına istinadən bildirir ki, burada yeni elektrik kabeli çəkilir. Görülən tədbirlər nə ilə bağlıdır? Parkda yeni işıqlandırma sistemi çəkilmir ki? 

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib ki, estakadanın sonluğunda tikinti işləri həyata keçirilir. Bu səbəbdən parkın müəyyən hissəsində yeni elektrik kabeli çəkilib. Bu işlər elektrik şəbəkəsini gücləndirmək məqsədi ilə görülür. Xəndəklərin qazılması artıq başa çatıb və üzərinə torpaq tökülüb. 

 

Mənbə: Milli.Az

25 fevral 2014
GO BACK