Qadin.NET / Bakıda nəyə görə addımbaşı dayanacaq var?

Bakıda nəyə görə addımbaşı dayanacaq var?

 

"Saxla!" - məhz bu sözü bakılı marşrut sürücüləri tez-tez eşidirlər. Maraqlısı odur ki, bu sərnişin əmrinə sürücülər daha çox əməl edirlər. 

Milli.Az Day.Az saytına istinadən bildirir ki, sürət həddini aşmağa görə sürücülərin tənqid olunması, onların öz aralarında yarış keçirmələri, xoşagəlməz xarici görkəm, sükan arxasında dönər yemək, telefonla danışmaq, siqaret çəkmək öyrəncəli haldır. 
Bütün bunlarla yanaşı, sürücülərin harada gəldi, necə gəldi avtobusu saxlamaqları kimi də pis vərdişləri var. 
Sürücülərin bu təqsirini niyə heç kim görmək istəmir? Bir tərəfdən, bəlkə də, heç sürücülər bu məsələdə günahkar deyillər. Çünki məhz sərnişinlər sürücüləri buna vadar edirlər. Əgər sürücü qanunlara əməl edərək yalnız dayanacaqda saxlamaq istədikdə sərnişinlərin kəskin etirazı ilə qarşılaşır - "Nə var burada?", "Sənə belə çətindir məgər?"
Bəlkə, elə birinci sərnişinlərin düşüncəsini dəyişmək lazımdır? Onlar anlamalıdırlar ki, bu cür tələblər axırda yol qəzalarına səbəb ola bilər. 
Bəs siz necə düşünürsünüz, əziz oxucular? 

Mənbə: Milli.Az

25 fevral 2014
GO BACK