Qadin.NET / Taksi sürücüləri 3 xarici dil bilməlidir

Taksi sürücüləri 3 xarici dil bilməlidir

 

Azərbaycanda beynəlxalq yarışlar tez-tez keçirildiyindən gələn qonaqların dilini başa düşmək və onlara yüksək səviyyədə xidmət göstərmək üçün taksi sürücüləri gərək ən azı 2 xarici dili bilsin.

Xatırladaq ki, "Eurovision" musiqi yarışı zamanı polislərdən tutmuş sürücülərə, həkimlərədək hər kəsə pulsuz ingilis dili kursları keçilirdi.
Taksi sürücüsü çox zaman avtomobilin qapısını açanda rus dilində “vam kuda exat?” deyə soruşur.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, Politexnik İnstitutunu bitirdiyini, lakin uzun müddətdir ki, taksi sürücülüyü etdiyini deyən Əsgər Məmmədov əcnəbilərlə necə ünsiyyət qurduğu haqda bizi də tanış etdi. Dediyinə görə taksiyə əyləşən əcnəbiləri lazımi ünvana çatdırmaqda heç bir çətinlik çəkmir.
Mirzə Xanlarov kimi ingilis dilini, ümumiyyətlə, bilməyənlər də var. Taksi sürücüsüİlqar isə belə getsə, poliqlot olacaq, çünki taksisinə əyləşən hər bir millətin dilini öyrənə bilib, dilini deyəndə ki salam-sağolunu...
Apardığımız sorğular isə onu göstərdi ki, taksi sürücüləri, özləri demişkən, birtəhər də olsa, ünsiyyət qura bilirlər. Ekspert Azər Allahverənov Avstraliya kimi ölkədə taksi sürücülərinin 3 dili mükəmməl bildiklərini deyir. Onun fikrincə, 2015 -ci ildə Avropa olimpiya oyunlarına hazırlaşan ölkəmizə axın edəcək turistlərə xidmət edəcək taksi sürücülərinin də dil bilikləri mükəmməlləşməlidir.
Nəqliyyat Nazirliyindən isə bildirirlər ki, taksi sürücülərinə nəinki dillə bağlı, eləcə də sürücülük qabiliyyəti, xidmət mədəniyyəti ilə əlaqədar xüsusi təlimlər davamlı olaraq aparılır. Bunun üçün taksi şirkətlərinə xüsusi göstərişlər də verilib.

Mənbə: Milli.Az

24 fevral 2014
GO BACK