Dövlət Statistika Komitəsənin məlumatına görə, bu ilin yanvar ayında ərzaq məhsullarından toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qeyri-ərzaq mallarından parçaların, divar kağızlarının, tikinti kərpicinin, metal kirəmitin qiymətləri ucuzlaşıb. Bir sıra məhsullar isə bahalaşıb. Milli.Az El TV-yə istinadən xəbər verir ki, Yevlax şəhər mərkəzi bazarında bu məhsullara alma, armud, nar və digər məhsullar daxildir. Ən çox qiymət artımı olan ərzaq məhsullarından biri də şəkərdir. Qeyd edək ki, Braziliyada quraqlığın yaranması ilə əlaqədar dünya bazarında ötən ay şəkərin qiyməti üç illik maksimuma çatıb. Bu yerli bazarlara da təsir edib. Satıcı Rəşad Səfərov deyir ki, şəkərin qiymətində 2-3 qəpik artım var. Qeyd edək ki, Dövlət Statistika Komitəsənin məlumatına əsasən, əhalinin hər nəfərinə düşən gəlirləri 2014-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artaraq 279,7 manat olub.
Mənbə: Milli.Az