Qadin.NET / İsgəndəriyyə Kitabxanası Nizami Gəncəvi irsinə dair kataloq hazırlayır

İsgəndəriyyə Kitabxanası Nizami Gəncəvi irsinə dair kataloq hazırlayır

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Elektron Kitabxanasının içracı direktoru İsmayıl Seragəldinin rəhbərliyi ilə İsgəndəriyyə Kitabxanası tərəfindən Şərq mədəniyyətinin dahisi sayılan Nizami Gəncəvi irsindən ibarət kataloq ilkin hazırlıq mərhələsindədir.Kataloqa Nizami Gəncəvi irsini araşdıran dünya tədqiqatçılarının bütün əlaqələri, "Xəmsə"nin əlyazmalarının dünya arxivlərində mövcud olan nüsxələrinin qeydiyyatı, Nizami Gəncəvi irsinə həsr olunmuş kitablar, araşdırmalar, məqalələr, analizlər daxildir.Layihənin I mərhələsində Harvard, Kembric, Oksford, Konqres kitabxanaları, Fransa Milli Kitabxanası və İsgəndəriyyə Kitabxanasındakı arxivlərin kataloqlaşdırılması nəzərdə tutulub.

 

Mənbə: Milli.Az

24 fevral 2014
GO BACK