Qadin.NET / Azərbaycanda təhlükəli sürüşmə sahələri: vəziyyət necədir?

Azərbaycanda təhlükəli sürüşmə sahələri: vəziyyət necədir?

 

Azərbaycanın sürüşmə zonalarının xəritəsinin hazırlanması istiqamətində işlər davam etdirilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, Abşeron yarımadasında olan sürüşmə sahələrinin xəritələşmə prosesi başa çatdırılıb. Onun sözlərinə görə, aparılan tədqiqatlar nəticəsində Abşeronda mövcud olan təhlükəli sürüşmə sahələri koordinatları ilə xəritələşdirilərək Nazirlər Kabinetinə təqdim olunub:“Hazırda respublika ərazisində olan digər sürüşmə sahələrində də işlər davam etdirilir. Ümumilikdə, bu gün ölkə üzrə 35-ə yaxın təhlükəli sürüşmə sahəsi mövcuddur. Biz bu haqda hər ay bülletenlər hazırlayaraq aidiyyəti qurumlara məlumat veririk. Azərbaycanın sürüşmə zonalarının xəritəsinin tam olaraq hazırlanması martın sonu-aprelin əvvəllərində yekunlaşacaq”.Qeyd edək ki, Azərbaycanın sürüşmə zonalarının xəritəsinin hazırlanması ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məşğul olur.

Mənbə: Milli.Az

24 fevral 2014
GO BACK