Qadin.NET / Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər

Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər

 

İranın Qərbi Azərbaycan əyalətindəki Urmiya gölü üzərindəki təhlükə böyüyüb. Anspress-in xəbərinə görə, dünyanın ən böyük duzlu göllərindən olan Urmiya son 10 ildə 80% kiçilib. Quraqlıq nəticəsində buxarlaşan göl təxminən 1000 kv/km qalıb.

Mütəxəssislər Urmiya gölünün qlobal istiləşmənin son qurbanlarından biri olduğunu deyib və vurğulayıblar ki, tədbir görülməsə, Urmiya gölü 2 ilə yox olacaq.
Urmiya gölünü ziyarət edən turistlər isə gördükləri mənzərə qarşısında şoka düşüblər.
“Gölü bu vəziyyətdə görmək bizdə təəccüb və təəssüf hissi yaratdı. Bir neçə il əvvəl burada idik və göl bu vəziyyətdə deyildi. Bu gün böyük xəyal qırıqlığı yaşadım”, - deyə turistlərdən biri qeyd edib. 

Mənbə: Milli.Az

24 fevral 2014
GO BACK