Qadin.NET / Yanukoviç axtarışa verildi

Yanukoviç axtarışa verildi

 

Ukraynanın Daxili İşlər Nazirliyi ölkə başçısı Viktor Yanukoviç barəsində axtarış elan edib. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, dinc insanların kütləvi şəkildə öldürülməsində ittiham edilir. Bu barədə daxili işlər naziri vəzifələrinin müvəqqəti icraçısı Arsen Avakovözünün Facebook səhifəsində yazıb. 

Onun sözlərinə görə, prezidentin hazırda harada olması məlum deyil. Bununla belə, onun dövlət mühafizəsindən imtina etdiyi məlumdur. Yanukoviçi sonuncu dəfə fevralın 24-də Belbek hava limanı yolunda görüblər.

Mənbə: Milli.Az

24 fevral 2014
GO BACK