Qadin.NET / AFFA-nın baş katibi: "Azarkeşlər bilet axtarmalı olacaqlar"

AFFA-nın baş katibi: "Azarkeşlər bilet axtarmalı olacaqlar"

 

AFFA-nın baş katibi Elxan Məmmədov azerisport.az saytına açıqlamasında AÇ-2016-nın təsnifat mərhələsində yığmamızın yer aldığı “H” qrupunun tərkibi haqda fikirlərini bildirib:“Hesab edirəm ki, püşkatma nəticəsində bəzi qruplar çətin, bəziləri asan alındı. Bizim qrup çətinə yaxındır. Malta ilə bu yaxınlarda, Bolqarıstanla bir neçə il qabaq heç-heçə oynamışıq. Xorvatiya ilə oynamamışıq. Ancaq Foqts onları yaxşı tanımalıdır. Norveçlə çoxdan oynamışıq. Ancaq xatırladım ki, bir müddət əvvəl gənclər yığmamız bu ölkədən olan həmyaşıdlarını məğlub edə biliblər. Rəqiblərə gəlincə, marketinq nöqteyi-nəzərindən, İtaliya ilə oyun sərfəlidir. Dördqat dünya çempionları ilə görüş, yəqin ki, anşlaq olacaq. Azarkeşlər bilet axtarmalı olacaqlar”.
Mənbə: Milli.Az

 

24 fevral 2014
GO BACK