İlk olaraq idmançılar ağır atletika idman növündə mübarizə aparıblar.
Birincilikdə Gəncənin 4 idman təşkilatının təmsilçiləri qüvvələrini sınayıblar. Bunlar TİM-nin Gəncə filialı, fiziki hazırlıq idman klubu, 1 və 2 saylı UGİM-nin yetirmələri olub. Nizami yurdunun idmançılarıyla yanaşı, yarışda Samux atletləri də iştirak ediblər. 1997-99-ci il təvəllüdlü yeniyetmə ağırlıqqaldıranların mübarizəsində 50-yə yaxın idmançı qalib olmaq üçün körpücük üzərinə çıxıb.
Nəticələrə gəlincə, 10 çəki dərəcəsində reallaşan mübarizələrdə bütün idman məktəbləri eyni sayda - iki qaliblə yarışı başa vurub. 2 saylı UGİM-dən 34 kq-da Ramazan Məmmədov və 38-kq da Nizami Həsənov, 1 saylı UGİM-dən 46 kq çəkidə Kənan Heydərzadəylə 77 kq-da Toğrul Həsənov, fiziki hazırlıq idman klubundan 42 kq-da Rasim Əliyev və 62 kq-da Elmir Əliyev iki hərəkətin cəmində rəqiblərindən daha yaxşı nəticə göstərib. Tim atletlərindən 56 kq-da Vaqif Əliyevlə 94 kq çəkidə çıxış edən Ayxan Cəfərov birinci olub. Samux təmsilçilərindən isə 50 kq-da Elvin Abbasov və 69 kq-da Coşqun Mirzəyev fəxri kürsünün ilk pilləsinə qalxıb.
Mənbə: Milli.Az