Mətbəx bıçağı, çəngəl, mətbəx əşyaları və ya kiçik elektrik əşyalar hamımız üçün kiçik detallardır. Lakin "Cənab Maqnit" adlandırılan Muhibija Buljubasiç fərqlidir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Bosniya-Hersoqovinanın Srebrenitsa şəhərində yaşayan 56 yaşlı Muhibijanın bədənində sanki maqnit var. O, dərisinə yaxınlaşdırdığı istənilən əşyanı asanlıqla saxlayır.
Daha doğrusu, həmin əşya sanki M.Buljubasiçin vücuduna yapışır.
"Heç bir hazırlığım və ya məşqim olmayıb. Düşünürəm ki, bədənimdə xüsusi energetika var. Dərimə yaxınlaşdırdığım əşyalar bədənimə yapışır", - Muhibija deyib.
Onun xanımı Senija isə söyləyir ki, ərinin bədəninə hətta ütü də "yapışdırıb".
Mənbə: Milli.Az