
Boksçu Məhəmməd Əlinin karyerasında ilk dəfə çempion titulunu qazandığı matçda geyindiyi boks əlcəkləri 22 fevralda keçirilən bir hərracda satışa çıxarılıb. 836.5 min dollara alıcı tapan əlcək barədə Amerikanın Heritage Auctions hərrac evinin saytında geniş xəbər verilib.Milli.Az musavat-a istinadən xəbər verir ki, hərracdan əvvəl Əlinin əlcəkləri üçün yarım milyon dollardan artıq verilməyəcəyi proqnozlaşdırılmışdı. Əlcək uğrunda 11 nəfər mübarizə aparıb. Amma hərrac qalibinin kimliyi açıqlanmır. Lenta.ru saytı xəbər verir ki, Məhəmməd Əlinin ilk dəfə çempion titulu qazandığı yarış 1964-cü ildə Mayamidə baş tutub.
Mənbə: Milli.Az