Qadin.NET / Messi Raulu geridə qoydu

Messi Raulu geridə qoydu

 

"Barselona"nın futbolçusu Lionel Messi Raul Qonzalesi geridə qoyub.Milli.Az xəbər verir ki, qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Real Sosyedad"la matçda (1:3) fərqlənən hücumçu La Liqada vurduğu qolların sayını 229-a yüksəldib.
Bununla da o, aktivində 228 qol olan R.Qonzalesi rekordunu qıraraq La Liqa tarixinin ən çox qol vuran üçüncü futbolçusu olub.
Qeyd edək ki, Messi Huqo Sançez (234 qol) və Montoyadan (251 qol) geri qalır.
Mənbə: Milli.Az

 

24 fevral 2014
GO BACK