Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016"nın püşkatması öncəsi fikirlərini bildirib.Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis favorit olacaqları bir qrupa düşmək istədiklərini deyib:"Ölümü qrupuna düşmək istəmirik. Favorit olacağımız bir qrupda oynasaq, çox yaxşı olar. Ancaq yenə də nələrin baş verəcəyini bilmək olmaz. DÇ-2014-ün seçmə mərhələsində düşdüyümüz qrupun asan olduğunu deyirdilər, ancaq biz finala yüksəlmədik. Bu səbəbdən qrupumuzda kim olsa, növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni edəcəyik".
Terim qeyd edib ki, komandası "Avro-2008"də əldə etdikləri uğurları təkrarlaya bilər: "İnsanlar bizdən uğur qazanmağımızı gözləyir. Türk xalqı üçün bunu etməyə çalışacağıq".
Məbə: Milli.Az