WatsApp messencerinin çökmə səbəbi aydın oldu. Milli.Az mini.donanimhaber.com-a istinadən bildirir ki, buna səbəb WatsApp serverlərinin Facebook İnc.-ə daşınması olub. Milli.Az-ın oxucusu ViGo Rəsulzade bildirir ki, WhatsApp Versiya 2.2.1-ni yükləyərkən belə məlumat alınıb:
"Serverlər Facebook Inc.-ə daşındı.
Yeni smile və hərəkətli ifadələr əlavə edildi.
Dürtmə (telefonu titrətmə) xüsusiyyəti əlavə olundu.
Göndərilən media elementləri cloud olaraq saxlanacaq. (1 ay boyunca)
1 GB ölçüsünə qədər göndərmək mümkün olacaq.
Danışmalar xüsusi FaceCrypt ilə şifrələnəcək.
Versiya hazır olduqda, yəni bir neçə saat ərzində WhatsApp xidmətinin yeni versiyası təkrar aktiv ediləcək".
Mənbə: Milli.Az