Qadin.NET / Bakıda evlərin qiyməti qalxıb

Bakıda evlərin qiyməti qalxıb

 

Yanvar ayında Bakıda təkrar mənzil bazarında qiymətlər 3,71 faiz artaraq 1807-dən 1874 dollara qalxıb. Bu barədə Trend-ə şənbə günü "MBA LTD" konsaltinq şirkətindən bildirilib.

Şirkətdən deyilib: "Qiymət artımına səbəb mənzil satışına real təklifin az sayda olması və əhalinin bu il ölkədə qiymətlərin artacağı ehtimalı ilə bağlıdır. Belə gözləntiləri doğuran səbəblərdən biri ötən ilin sonunda yanacağın qiymətlərinin artmasıdır. Mənzillərin bahalaşmasına mövsüm amili də təsir edir".
Ay ərzində portfelin böyük hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyukturu və ya tələbin xarakterindən irəli gəlir. Yanvarda bahalı evlərin payı 45,42 faizdən 44,17 faizədək azalıb, ucuz evlərin payı isə müvafiq olaraq 54,58 faizdən 55,83 faizədək artıb. Bahalı evlərin orta qiyməti 4,75 faiz, ucuz evlərin orta qiyməti isə 2,4 faiz artıb.
Portfeldə dəyəri 85-95 min dollar olan mənzillərin payı çoxluq (35,9 faiz) təşkil edib. Yanvarda satılan otaqların orta sayı 2,57, mənzillərin satıldığı orta qiymət 65 983 dollar, mənzillərin orta qiyməti 166 937 dollar təşkil edir.

Mənbə: Milli.Az

23 fevral 2014
GO BACK