Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağıntı olacağı gözlənilir.Temperatur gecə 0-5°, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 8-13° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.Temperatur gecə 1-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındaəsasən gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.Temperatur gecə 0-4°, gündüz 8-13° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-7°, yüksək dağlıq ərazilərdə 7-12°, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.Temperaturun gecə 3-5°, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az