Google şirkəti Project Tango kod adlı smartfon təqdim edib. Kompüter görmə texnologiyasından istifadə edən aparat onu əhatə edən məkanı qeyd edə və üçölçülü modelini yarada bilir.Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfonun arxa panelində yerləşdirilmiş ötürücülər (hərəkətlərin izlənilməsi kamerası və sensor ) təsvirin ötürülməsinə cavabdehdir.Ötürücülərdəki informasiyanı iki ədəd Movidius şirkətinin istehsalı Myriad 1 ixtisaslaşdırılmış prosessoru emal edir. Prosessorların xüsusiyyəti analoqları ilə müqayisədə son dərəcə aşağı enerji istehlakıdır.
Smartfon 5 düymlük ekran və adi təsvir ölçüsünə malik 4 düymlük kamera ilə təchiz edilib və Android əməliyyat sistemi ilə işləyir.
Smartfon yalnız prototip şəklində mövcuddur. Onun kütləvi istehsalından hələ ki söhbət belə getmir. Google-da Project Tango smartfonunun iki yüz prototipi var.
Mənbə: Milli.Az