Qadin.NET / McLaren yeni sirr açır

McLaren yeni sirr açır

 

McLaren şirkəti başlanğıc səviyyəli avtomobil MP4-12S-i bir pillə qabaqlayıb model sırasında ikinci yer tutan yeni superkar “650S”-in sirrini açdı. Yeniliyin daha ucuz modelin platformasında düzəldilməsi və onun “yüklənmiş” versiyası olmasına baxmayaraq, istehsalçı idman kupesini ayrı model kimi göstərir.

 

Milli.Az Auto.az-a istinadən bildirir ki, avtomobilin təqdimat mərasimi beynəlxalq Cenevrə avtosalonu çərçivəsində keçiriləcək. Satış isə bu ilin yazına nəzərdə tutulub. Superkarın qiyməti təqribən 240 000 avro olacaq. “McLaren 650S” və “MP4-12S” bir-biri ilə çox oxşardır. Lakin banın qabaq hissəsi flaqman hibrid modeli “P1”-in üslubunda düzəldilib.
Avtomobil işıqdiodlu qabaq optika, əlavə ventilyasya dəlikləri olan başqa qabaq bamper, çox məhsuldar Pirelli P Zero Corsa şinləri “geyinmiş” yüngül lehimli təkər diskləri və banın aerodinamik asmasının yeni elementlərini əldə etdi. Aerodinamik müqavimətin əmsalı əvvəlki kimi qalıb, lakin təzyiq gücü 240 km/saatda 24 % artıb.
Salonda rəqəmsal radio DAB və alkantara ilə işlənmiş cihaz paneli meydana gəldi. Əlavə məbləğə McLaren P1 üslubunda karbon oturacaqlar, elektriklə tənzimlənən sükan sütunu, arxa görünüş kamerası və genişləndirilmiş karbon dekorativ detallar paketi sifariş vermək olar.
Modernləşdirilmiş 3,8 litrlik səkkizsilindrli tvin-turbo mühərriki 650 a.g. (+25 a.g.) və 678 Nm (+78 Nm) maksimal fırlanma anı verdi. İki muftası olan robotlaşdırılmış transmissiya dartı qüvvəsini arxa təkərlərə verir. Bu təkərlər superkarı yerindən 100 km/saata 3,0 saniyəyə (- 0,1 saniyə), 200 km/saata isə 8,4 saniyəyə (-0,5 saniyəyə) sürətləndirir.
Əyləc sistemi, asılqan və onun idarəetmə sistemi ProActive Chassis Control, həmçinin ABS və ESP sabitliyə nəzarət sistemi də dəyişikliyə məruz qalıb.
Mənbə: Milli.Az

 

23 fevral 2014
GO BACK