Qadin.NET / Xırda itlər amerikalıları qorxuya salıb

Xırda itlər amerikalıları qorxuya salıb

 

Amerikanın Arizona ştatının Feniks şəhərinin sakinləri artıq bir neçə gündür ki, evdən çölə çıxmağa qorxurlar. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar çixuaxua növündən olan itlərin hücumundan çəkinirlər. Dünyanın ən kiçik itləri olan çixuaxualar ilk baxışdan çox məzəli görünsələr də, böyük təhlükə mənbəyidirlər. Şəhər administrasiyasının məlumatına görə, gün ərzində onlarla sakin müraciət edir, balaca itlərdən hara qaçacalarını bilmir. 

8-12 it birlikdə əsasən uşaqlara hücum çəkir. Son bir neçə ay ərzində quyruqlu quldurlardan 6 min nəfər şikayət edir. Xoşbəxtlikdən, çixuaxuaların dişləməsindən ciddi xəsarət alan olmayıb. Bununla belə, uşaqlar evdən çölə çıxmağa qorxurlar. Hüquq-mühafizə orqanları isə tövsiyyə edir ki, insanlar özləri həmin itlərlə mübarizə aparsınlar. 

Mənbə: Milli.Az

22 fevral 2014
GO BACK