Qadin.NET / İnanılmaz: ona 70 yaş vermək olar?

İnanılmaz: ona 70 yaş vermək olar?

 

"Məni tanıyanlar soruşurlar ki, nə zaman bu işdən əl çəkəcəyəm. Mən də heç vaxt "Heç zaman" demirəm. Çünki yaşım o yaş deyil. Onu da deyirəm ki, mənim yaşıdlarımın çoxu təqaüddə vaxtlarını evdə keçirirlər və buna görə ölürlər. Mən isə məşq edirəm, çalışam. Artıq 27 ildir ki, belədir".Tanışlarının və qohumlarının "Sonni" deyə çağırdıqları Sem Brayant Cuniora baxan ona ən uzağı 40 yaş verər.
Halbuki Semin 70 yaşı var.
O, deyəsən, dünyanın ən qoca bodibilderidir.
Milli.Az ABC-yə istinadən bildirir ki, Semin 70 yaşı olsa da, o tökməbədəndir. Dəmir kimi əzələləri dərisinin altında oynayır.
44 yaşı olanda, arvadı ilə boşanandan sonra Sem depressiyada idi.
"Fikrimi dağıtmaq üçün məşq zalına getdim. Məqsədim sadəcə, stressdən qurtulmaq idi. Bodibildinq barədə heç nə bilmirdim. Sevdim bu məşqləri. 11 ay sonra isə təlimatçı məndən yarışa qatılmaq istəyib-istəmədiyimi soruşdu. "Siz əminsiniz?" dedim, o da cavabında "Hə!" söylədi. Corciya ştatında yarışa qatıldım, həvəskarlar arasında 3-cü yeri tutdum. 
Məşq etməyi, çalışmağı sevirəm. Yaşım isə... İnsanların yaşla bağlı yanlış təsəvvürləri var. İnsanı yaş yox, düşüncə, təfəkkür tərzi qocaldır. Yaş sadəcə rəqəmdir", - ABŞ-ın Corciya ştatındakı Auqusta şəhərində yaşayan Sem Brayant Cunior söyləyib.
Mənbə: Milli.Az

 

22 fevral 2014
GO BACK