Ukraynanın müxalif "Udar" (zərbə) partiyasının sədri Vitali Kliçko Kiyevin müstəqillik meydanındakı fəallara müraciət edərkən deyib ki, prezident Viktor Yanukoviç könüllü şəkildə istefaya getməyəcək. "O istefa verməyəcək. Bu real deyil. Real addımlar haqda düşünmək lazımdır", - o əlavə edib. Bundan başqa, Milli.Az-ın Gazeta.ru-ya istinadən məlumatına görə, Kliçko deyib ki, hazırkı hakimiyyətin dəyişdirilməsi tədricən olmalıdır. O, sağçıların silah gücü ilə məqsədə çatmaqla bağlı niyyətlərini "Böyük səhv" adlandırıb.
Mənbə: Milli.Az