Fevralın 23-dən martın 6-dək Nyuport şəhərində (ABŞ) "Kölgə fakültə" təşəbbüsü çərçivəsində təcrübə mübadiləsi və Azərbaycan - Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 24-dən aprelin 4-dək Vışkov şəhərində (Çex Respublikası) Təlimatçı hazırlığı kursu keçiriləcək.Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
Mənbə: Milli.Az