Qadin.NET / "Mançester Siti"nin baş məşqçisi kimdən üzr istədi?

"Mançester Siti"nin baş məşqçisi kimdən üzr istədi?

 

"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə matçı idarə edən baş hakim Yonas Erikssondan üzr istəyib.Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, oyundan sonra isveçrəli hakimi tənqid edən təcrübəli mütəxəssis məğlub olmalarına əsəbləşdiyi üçün əsəbi sözlər söylədiyini deyib:
""Barselona" ilə görüş bizim üçün çox önəmli idi. Ancaq bu matçda uduzduğumuz üçün əsəbləşmişdim. Bu səbəbdən hakim haqda pis fikirlər deyə bilərəm. Ondan üzr istəyirəm".
Qeyd edək ki, Pelleqrini Erikssonu Kataloniya klubunun lehinə qərarlar verməkdə günahlandırmışdı.
Mənbə: Milli.Az

 

22 fevral 2014
GO BACK