“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, inqilabın mərkəzi olan “Maydan”dan başlayan vida mərasminə minlərlə insan qatılıb.
Xatırladaq ki, müxalifətin əzmli qələbəsindən sonra prezident Yanukoviç növbədənkənar seçkilərin keçirilməsinə razılıq verib. Eyni zamanda, Ali Rada Konstitusiyaya 2004-cü ildə dəyişiklikləri ləğv edib və hökuməti formalaşdırmaq funksiyası prezidentdən parlamentə keçib. Kiyevin Müstəqillik Meydanında əsas hərəkatlardan biri olan "Sağ sektor"un lideriDmitri Yaroş ölkədə Regionlar Partiyasının və Kommunist Partiyasının fəaliyyətinin istənilən mümkün metodlarla dayandırılmasına çağırıb. Trend-in məlumatına görə, bu barədə RBK xəbər yayıb.Dmitri Yaroş özünün Facebook səhifəsində yazır: "Bir neçə il ərzində vicdanlarında Ukrayna xalqının çoysaylı bədbəxtliklərinin yatmış olduğu iki xalq əleyhinə, Ukrayna əleyhinə qüvvə hakimiyyətdə olub. Söhbət Regionlar Partiyasından və Ukrayna Kommunist Partiyasından gedir".Müxalifət lideri dünən Maydandan Viktor Yanikoviçi dərhal prezidentlikdən istefa verməyə çağırıb.
Mənbə: Milli.Az