Qadin.NET / Təhsil Nazirliyindən 8 Mart açıqlaması

Təhsil Nazirliyindən 8 Mart açıqlaması

 

Təhsil Nazirliyi 8 Mart - Beynəlxalq Qadınlar bayramı münasibəti ilə şagirdlərdən pul yığılması ilə bağlı açıqlama verib.Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, bayramda pul yığılmasının qarşısını almaq məqsədilə Təhsil Nazirliyi müvafiq tədbirlər həyata keçirəcək.

Nazirlikdən, həmçinin bayram münasibəti ilə şagirdlərdən pul yığılması məsələsinin Təhsil Nazirliyinin diqqətində olduğu bildirilib: “Bu məsələ Təhsil Nazirliyinin diqqətindədir. Müəyyən müraciətlər olduqda müvafiq tədbir görüləcək”.

Mənbə: Milli.Az

21 fevral 2014
GO BACK