Fevralın 26-da "Xocalıya ədalət!" Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının davamı olaraq Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində ssenarisi yazıçı Aqil Abbasa məxsus "Dolu" filminin təqdimatı və Xocalı soyqrımı zamanı həlak olanların anım mərasimi keçiriləcək.Milli.Az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindənTrend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiriHüseyn Quliyev, azərbaycanlı millət vəkilləri Aqil Abbas, Nizami Cəfərov, yazıçı Yunus Oğuzun və Özbəkistanın ziyalı ictimaiyyətinin, dövlət qurumlarının nümayəndələrinin və diplomatların iştiraki gözlənilir.
Tədbir zamanı Mədəniyyət Mərkəzinin həyətində "Justice for khojaly" klipi göstəriləcək, şəhidlərin xatirəsinə həsr olunmuş güllərdən ibarət kompozisiya qurulacaq, soyqırım qurbanlarının xatirəsinə şamlar yandırılacaq, uşaqlar havaya sülh göyərçinləri uçuracaqlar.
Tədbirə gələnlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin "Xocalıya ədalət" adlı sərgisində nümayiş olunan əsərlər və Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın Özbəkistandakı səfirliyinə göndərilmiş Xocalı soyqırımı haqqında fotoşəkil və nəşrlərlə tanış olacaqlar.
Daha sonra "Dolu" filmi nümayiş olunacaq.
Mənbə: Milli.Az