Qadin.NET / "Neftçi"nin rəqibi "Traktorsazi" olacaq

"Neftçi"nin rəqibi "Traktorsazi" olacaq

 

"Neftçi" PFK "Traktorsazi Təbriz" futbol klubunu İran kubokunu qazanması münasibətilə təbrik edib.Milli.Az-ın məlumatına görə, Trend klubun saytına istinadən xəbər verir ki, PFK tərəfindən göndərilən rəsmi məktubda "Traktorsazi Təbriz" FK-ya yoldaşlıq oyunu keçirmək təklif edilib. Bu xəbər İran mətbuatında böyük əks-səda doğurub. İranın məşhur xəbər saytlarında bununla bağlı məqalələr dərc olunub.

Yazıların birində "Traktorsazi Təbriz" FK-nın baş məşqçisi Toni Oliveyranın mətbuat konfransında "Neftçi" PFK-nın bu təklifinə münasibət bildirdiyi qeyd olunub: ""Neftçi" ilə oyun komandamız üçün çox faydalı ola bilər".
Digər məqalədə "Neftçi"nin Təbriz komandaları ilə keçirdiyi oyunlar xatırlanıb. Qeyd olunub ki, "Neftçi" sonuncu dəfə 1991-ci ildə qarşılaşdığı "Traktorsazi" və "Maşınsazi" klublarını müvafiq olaraq 4:2 və 3:1 hesabı ilə məğlub edib.

Mənbə: Milli.Az

22 fevral 2014
GO BACK