Qadin.NET / "Şrek" qərarını verdi

"Şrek" qərarını verdi

 

"Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan iddialara son qoyub.Qol.az-ın "BBC Sport"a istinadən verdiyi məlumata görə, ingilis futbolçu komandası ilə 5 illik müqavilə imzalayacaq.Yeni sözləşməyə əsasən, Runi 2020-ci ilə qədər "Mançester Yunayted"in şərəfini qoruyacaq. 28 yaşlı futbolçu qarşıdakı 5 ildə həftəsinə 300 min funt qazanacaq.Qeyd edək ki, "Mançester Yunayted" forması ilə 430 rəsmi oyuna çıxan Runi 208 dəfə rəqib qapılarına yol tapıb.Xatırladaq ki, Runi 2004-cü ildə 25,6 milyon funt müqabilində "Everton"dan "Mançester Yunayted"ə transfer olunmuşdu.
Mənbə: Milli.Az
21 fevral 2014
GO BACK