Qadin.NET / "Avtomobil idmanının inkişaf etdirilməsinə önəm veriləcək"

"Avtomobil idmanının inkişaf etdirilməsinə önəm veriləcək"

 

Avtomobil İdman Növləri Federasiyasının prezidenti Anar Ələkbərovgələcəkdə də bu idman növünün inkişaf etdirilməsinə önəm veriləcəyini bildirib.Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycanda son illər avtomobil idmanına marağın artdığını qeyd edən A.Ələkbərov bir sıra məşhur beynəlxalq layihələrin və yarışların ölkəmizdə keçirilməsinin nəzərdə tutulduğunu deyib.Qeyd edək ki, bu gün Avtomobil İdman Növləri Federasiyasının İcraiyyə Komitəsinin toplantısı keçirilib. Səsvermə yolu ilə keçirilən iclasda Heydər Əliyev Fondunun icraçı direktoru, Heydər Əliyev Mərkəzinin direktoru A.Ələkbərov federasiyaya prezident seçilib.Xatırladaq ki, federasiyanın bundan əvvəlki prezidenti Çingiz Baxşəliyev idi.

 

Mənbə: Milli.Az

21 fevral 2014
GO BACK