Qadin.NET / Maydanda üçüncü qüvvələr işləyir

Maydanda üçüncü qüvvələr işləyir

 

Kiyevdəki Maydanda üçüncü qüvvələr işləyərək güc strukturlarını və etirazçıları provakasiyaya çəkirlər. Milli.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatının keçmiş rəisi Aleksandr Skipalski bildirib. Onun sözlərinə görə, üçüncü qüvvələr etirazçılara atəş açırlar. 

"Daxili İşlər Nazirliyi elə görüntü yaradır ki, sanki hakimiyyətin ayrı-ayrı nümayəndələri ilə razılaşaraq hərəkət edən cinayətkar qrupları görmür. Bu səbəbdən də Maydanda işləyən güc strukturlarının əksər nümayəndələri nə baş verdiyini anlaya bilmirlər. Maydançıları özləri də anlamırlar ki, orada hər iki tərəfi qızışdıran üçüncü qüvvə var. Bu üçüncü qüvvə, sözün əsl mənasında, terrorçulardır. Çünki onlar əhalini qorxutmaq üçün çalışırlar", - o əlavə edib. 
Keçmiş kəşfiyyatçı üçüncü qüvvələr barədə danışarkən dəqiqləşdirmə aparıb və deyib ki, bunlar muzdlulardır. 
"Bunlar pul müqabilində insanlara atəş açan quldurlardır. Təhlükəsizlik xidməti və DİN həmin şəxsləri tutmalı idilər, ancaq təəssüflər olsun ki, bunu etmirlər", -  Aleksandr Skipalski vurğulayıb. 

Mənbə: Milli.Az

21 fevral 2014
GO BACK