Qadin.NET / Olimpiya oyunlarında dopinq qalmaqalı

Olimpiya oyunlarında dopinq qalmaqalı

 

Soçi Qış Olimpiya Oyunlarında ilk dopinq qalmaqalı yaşanıb.Qol.az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, Almaniya idmançılarından birinin dopinq-testinin nəticəsi müsbət çıxıb.
Lakin həmin idmançının adı və hansı növdə çıxış etməsi ilə bağlı açıqlama verilməyib. Məsələ ilə bağlı artıq Almaniya Olimpiya İttifaqı məlumatlandırılıb. Dopinqdən istifadədə təqsirli bilinən idmançının gələcək taleyinə bu axşam aydınlıq gələcək.

Qeyd edək ki, həmin idmançının Almaniyanı xizək yarışında təmsil etdiyi ehtimal olunur.

Mənbə: Milli.Az

 

21 fevral 2014
GO BACK