Qadin.NET / Ukrayna 2004-cü ilə qayıdır

Ukrayna 2004-cü ilə qayıdır

 

Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə fərman imzalayıb.
Milli.Az UNİAN-a istinadən bildirir ki, fərmanın mətni prezidentin saytında yerləşdirilib.
Sənəddə bildirilir ki, Ukrayna 2004-cü ilin Konstitusiyasına qayıdır. Bu isə faktiki olaraq Kiyevdə hakimiyyət səlahiyyətlərinin yenidən paylaşdırılması, hakimiyyətin prezidentdən parlamentə keçməsi deməkdir.
V.Yanukoviç milli etimad hökuməti formalaşdırmağa da çağırıb. Lakin o, yeni hökumətin tərkibinə kimlərin daxil olacağını dəqiqləşdirməyib.
Eyni zamanda, fərmanda növbədənkəran parlament seçkiləri barədə də heç nə deyilmir.
LB.ua bildirir ki, birləşmiş Ukrayna müxalifəti hakimiyyətlə anlaşmanı təqdir edib. Anlaşma Konstitusiya islahatını, koalisiya hökumətinin yaradılmasını və növbədənkənar seçkiləri nəzərdə tutur.
Qərarı "Batkivşina", Udar və Azadlıq partiyalarının üzvləri imzalayıblar.
Ukraynanın müxalifəti və hakimiyyəti arasında anlaşma dünən gecə başlamış uzun-uzadı danışıqlar nəticəsində əldə olunub. Münaqişənin nizamlanması şərtlərinin müzakirəsində Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri və Rusiya təmsilçiləri iştirak ediblər.
Rusiya prezidenti Vladimir Putinin Kiyevə danışıqlarda vasitəçilik etməyə yolladığı Rusiya ombudsmanı Vladimir Lukin Ukraynada müxalifət və hakimiyyət arasında əldə edilmiş razılaşmanın mətnini imzalamaqdan boyun qaçırıb.
Kiyevdə fevralın 18-dən bəri müxalifçətçilərlə DİN əməkdaşları arasında toqquşmalar davam edir. Ukraynanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, toqquşmalarda 77 nəfər həlak olub, 581 nəfər yaralanıb və ya xəsarət alıb.
Mənbə: Milli.Az

 

21 fevral 2014
GO BACK