Azərbaycanda 2014-2015-ci tədris ili üçün rezidentura və magistraturaya sənəd verən namizədlərin sayı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, rezidenturaya 1412, magistraturaya isə 24 560 nəfər sənəd verib.Rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin birinci mərhələdə qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılır. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunur.Rezidenturaya qəbul imtahanının birinci mərhələsi martın 30-da, ikinci mərhələsi isə iyulun 27-də keçiriləcək.İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.Rezidenturaya ixtisaslaşma seçimi 29-31 iyul tarixlərində keçiriləcək.Magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında ixtisas üzrə bilikləri yoxlanılır.İmtahanın birinci mərhələsi martın 2-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50 (o cümlədən, açıq tipli 5), informatika üzrə 25 (o cümlədən, açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq tipli 5) test tapşırığı təqdim olunacaq.Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar.
Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsi mayın 25-də keçiriləcək.
Mənbə: Milli.Az