Qadin.NET / Abel Məhərrəmov narazı tələbələrlə görüşdü

Abel Məhərrəmov narazı tələbələrlə görüşdü

 

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Təhsil Nazirliyinin nümayəndələri ötən gün aksiya keçirən tələbələrlə görüş keçiriblər.Anspress-in məlumatına görə, BDU-nun akt zalında baş tutan görüşdə çıxış edən Abel Məhərrəmov aksiya keçirən tələbələrin 180-190 nəfər olduğunu və onların təhsildə aparılan islahatları başa düşmədiyini bildirib.

"Aksiya keçirən tələbələrin çoxu bizim Universitetdə oxuyanlar olmayıb. Aksiya keçirənlər ajiotaj yaratmaq istəyiblər", - deyə Abel Məhərrəmov bildirib.
Xatırladaq ki, ötən gün BDU tələbələri alt qrupda əlavə pul ödəmələri ilə bağlı qərara etiraz etmək məqsədilə aksiya keçirmişdilər.

Mənbə: Milli.Az

21 fevral 2014
GO BACK