“Qarabağ” TPL-in 23-cü turu çərçivəsində “Simurq”a qarşı keçirəcəyi oyuna aparıcı yarımmüdafiəçi Reynaldosuz çıxa bilər. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu zədə səbəbi ilə dünənki məşqdə iştirak etməyib.
Futbolçunun bu gün komandaya qoşulmaq ehtimalı var. Hazırda Reynaldo fərdi məşqlərlə kifayətlənir.
Mənbə: Milli.Az