Qadin.NET / Soçi-2014: İdmançımızın növbəti cəhdi

Soçi-2014: İdmançımızın növbəti cəhdi

 

Bu gün Soçi Olimpiadasında dağ xizəyi üzrə qadın idmançıların mübarizəsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, xizəkçilər slalom növündə mükafatçıları müəyyənləşdirəcəklər.İlk yürüşə saat 16:45-də başlayacaq 88 idmançı arasında Azərbaycan təmsilçisi də yer alıb. Belə ki, ikinci dəfə Olimpiadada ölkəmizin şərəfini qoruyan Qaya Bassani Antivari Soçidə mübarizəyə qoşulacaq.Nəhəng slalomda çıxış etməkdən imtina edən milliləşən legionerimiz start xəttinə 79-cu çıxacaq. İlk cəhdi uğurlu alınan xizəkçilər 20:15-də həlledici yürüşdə qüvvələrini sınayacaqlar.Qeyd edək ki, 4 il əvvəl nəhəng slalomda 57-ci olan Qaya slalomda yarışı başa vurmamışdı.

Mənbə: Milli.Az

21 fevral 2014
GO BACK