Qadin.NET / Ukrayna rəhbərliyinə qarşı sanksiyalar tətbiq edildi

Ukrayna rəhbərliyinə qarşı sanksiyalar tətbiq edildi

 

Kanada hakimiyyəti Ukrayna prezidenti Viktor Yanukoviçə və hökumətin digər yüksək çinli nümayəndələrinə qarşı viza məhdudiyyətləri tətbiq edib, eləcə də onların maliyyə aktivlərini dondurub. Trend-in məlumatına görə, bu barədə Kanadanın CBC telekanalı baş nazirStiven Harperə istinadən xəbər yayıb.Kanada hakimiyyəti sanksiyaların məhz hansı Ukrayna siyasətçilərinə tətbiq edildiyini bildirməyib.Xarperin bəyanatında deyilir: "Kanada əvvəlki kimi, Ukraynada zorakılığın davam etməsindən narahatdır".Xatırladaq ki, dünən Avropa İttifaqı da Ukrayna barəsində sanksiyaların tətbiq edilməsinə səs verib.

Mənbə: Milli.Az

21 fevral 2014
GO BACK