Qadin.NET / Azərbaycanda hava şəraiti dəyişəcək

Azərbaycanda hava şəraiti dəyişəcək

 

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Məlumata görə, fevralın 22-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağıntılı olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da fevralın 22-də hava bəzi yerlərdə yağıntılı olacaq. Mülayim qərb küləyi əsəcək. Dağətəyi və dağlıq rayonlarda qar yağacaq.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-5 dərəcə isti olacaq.
Fevralın 23-də də eyni hava şəraiti proqnozlaşdırılır.

Mənbə: Milli.Az

21 fevral 2014
GO BACK