1. Ağlına gələn yerə gedə bilərsən.
İstədiyiniz yerə istədiyiniz vaxtda gedə bilərsiniz, qarışan olmaz.
2. Nazla oynamaq, kapriz çəkmək kimi problemləriniz olmaz.
Sevdiyin insanın nazı da bir müddətə kimi çəkilə bilər. Amma naz çəkdirməyə heç kimin olmaması rahatlıqdır.
3. Bir-birinə zaman ayırmaq dərdiniz olmadığına görə, vaxtınız tamamilə özünüzündür.
İş-gücdən bir az vaxt qalacaqsa da, o vaxtı özünüzə sərf edəcəksiniz.
4. Əhvalınızı dəyişdirməyinizə ehtiyac qalmır.
Siz xoşbəxtsiz, amma sevgiliniz depressiyadadır. O, pis əhvalda olanda sizin xoşbəxtliyiniz də korlanır.
5. Kiminləsə birlikdə yaşamadığınıza görə çarpayınız da tamamilə sizindir.
6. Pulunuzu da sadəcə özünüzə xərcləyəcəksiniz.
Kiminləsə münasibətdə olmaq hər iki tərəfin büdcəsinə əhəmiyyətli dərəcədə ziyan verir
7. Qısqanclıq böhranı keçirməyəcəksiniz.
“O kimdir?”, “Haradaydın?” kimi suallarla beyninizi çürütməyəcəksiniz.
8. Daha az məsuliyət, daha çox xoşbəxtlik.
Sadəcə özünə görə məsuliyyət daşıyırsan.
9. Yalan danışmaq kimi problem də avtomatik olaraq ortadan qalxır.
Sevgilin olanda bəzən də olsa, yalan danışmağa məcbur olursan. Bu isə hər iki tərəfi həm incidir, həm də bezdirir.
10. Heç kimə sms yazmağa məcbur olmursan.
“Niyə məni axtarmamısan bu gün? Niyə yadına düşməmişəm? Başın kimə qarışıb?” kimi suallarla qarşılaşmayacaqsan. Barmaqlarınız sizə dua oxuyacaq.
11. Sevgilinizin xasiyyətinə dözmək məcburiyyəti də olmayacaq.
Başqası nəsə etsə, dalaşarsınız bəlkə. Amma sevgilinizin xasiyyətinə dözməli olursuz.
12. İstədiyiniz insanla görüşə bilərsiniz, əgər sevgiliniz yoxdursa.
Sevgiliniz olsa, bəzən dostlarınızla görüşmək, danışmaq da problem ola bilir. Sevgiliniz yoxdursa, belə bir problemdən də uzaqsınız deməli.
13. Ayrılıq və ayrılığın stresini yaşamayacaqsınız.
Sevdiyinizlə artıq əlaqənin getmədiyini görmək, heç cür də əlaqəni kəsə bilməmək, ayrılanda da peşman olmaq kimi hisslər də sizi incitməyəcək.
14. Xüsusi günlərin unudulması, xatırlamağa məcbur olmağı hiss etmək kimi hisslər də olmayacaq
"Tanışlığımızın 73-cü həftədönümü", "ilk əl-ələ verməyimizin üzərindən keçən 100000 saat" kimi bezdirici şeylər də olmayacaq.
15. Sevgililər Gününün maddi böhranından da uzaq olacaqsınız.
Mənbə: Milli.Az