Miladi: 21 fevral 2014
Hicri: 21 rəbiul-axir 1435
İlin 52-ci günü
İlin sonuna 313 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.16
Günəş - 07.26
Zöhr - 12.58
Əsr - 16.21
Məğrib - 18.36
İşa - 19.53
1677-ci ildə filosof Benedikt Spinoza vəfat edib.
1848-ci ildə "Kommunist partiyasının manifesti" nəşr edilib.
1895-ci ildə məşhur sovet şərqşünası Yevgeni Belyayev dünyaya gəlib.
1916-cı ildə Birinci Dünya müharibəsinin ən qanlı əməliyyatlarından olan Verden vuruşması başlayıb. Tarixçilər bu hadisəni "Verden cəhənnəmi" adlandırırlar.
1920-ci ildə SSRİ-də "QOELRO" planı qəbul edilib.
1921 - Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Böyükağa Mirzəzadə (1921-2007) anadan olmuşdur.
1921-ci ildə yoxsul komitələrinin I Ümumazərbaycan qurultayı başlayıb. Qurultay 23 dekabrda başa çatıb.
1955-ci ildə Azərbaycan tarzəni Elxan Mansurov dünyaya gəlib.
1973-cü ildə Laosda müharibə başa çatıb.
1976-cı ildə İlk "VAZ 2106" avtomobili konveyerdən çıxıb.
1984-cü ildə sovet yazıçısı Mixail Şoloxov vəfat edib.
1992-ci ildə Azərbaycan Respublikası Fransa ilə diplomatik əlaqələr qurub.
1992-ci ildə Azərbaycan Respublikası Polşa ilə diplomatik əlaqələr qurub.
1994 - Azərbaycan Respublikasının Prezidenti yanında UNESCO üzrə Azərbaycanın Milli Komissiyası yaradılıb. Komissiyaya Azərbaycanın xarici işlər naziri sədrlik edir.
1996 - Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Hüquq İslahatları Komissiyası yaradılıb. Komissiyada qısa müddətdə ölkə həyatının müxtəlif sahələri üzrə yeni qanun layihələri işlənib hazırlandı və parlamentdə qəbul olundu.
1997 - Şərqşünas və tarixçi, Sovet İttifaqı qəhrəmanı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ziya Bünyadov vəfat edib.
1998-ci ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hüquqi yardım haqqında Saziş imzalanıb.
2001-ci ildə Bakıda TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyinin ofisi açılıb.
Mənbə: Milli.Az