Qadin.NET / Kiyevdə toqquşmalar zamanı 77 nəfər həlak olub

Kiyevdə toqquşmalar zamanı 77 nəfər həlak olub

 

Ukraynanın Səhiyyə Nazirliyi bildirir ki, Kiyevdə toqquşmalar başlayandan 77 nəfər həlak olub, tibbi yardım üçün 577 nəfər müraciət edib.Tred RİA Novosti agentliyinə istinadən bildirir ki, bu barədə nazirliyin saytında deyilir.

Daha əvvəl Səhiyyə Nazirliyi 75 nəfərin həlak olduğunu bildirmişdi.
Ümumilikdə tibbi yardım üçün 577 zərərçəkən müraciət edib, onlardan 363 nəfər xəstəxanaya yerləşdirilib. 76 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mənbə: Milli.Az

21 fevral 2014
GO BACK