Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 fazi təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.Temperaturun gecə 1-5°, gündüz 12-17° isti olacağı gözlənilir
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, arabir duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir.Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 4-7°, yüksək dağlıq ərazilərdə 5-10°, gündüz 0-3° şaxta olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 1-6°, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir.Temperatur gecə 2-6°, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında mülayim cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunması əksər meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Mənbə: Milli.Az