Çinin Gionee şirkəti Elife S5.5 smartfonunu təqdim edib və onu dünyanın ən nazik telefonu adlandırıb. Bundan əvvəl 5,75 millimetr qalınlığa malik Vivo X3 bu titula sahib idi, lakin Gionee şirkətinin yeni aparatının qalınlığı 5,5 mm-dir. Çin alıcıları artıq aparatın 3G versiyasına ilkin sifariş verə bilərlər, onun qiyməti təxminən 370 dollar təşkil edəcək.Milli.Az ICTnews-a istinadən bildirir ki, Elife S5.5 smartfonu naməlum təsvir ölçülü 5 düymlük ekran, 1,7 QHs takt tezlikli dördnüvəli prosessor, 2 QB əməli yaddaş, 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kamera, 2300 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.Çin şirkətindən bildirilib ki, aparat 40 ölkədə satışa çıxarılacaq.
Mənbə: Milli.Az