Qadin.NET / Google-dan ilk dəfə

Google-dan ilk dəfə

 

Google Capital təhsil sahəsi üçün proqram təminatı hazırlayan Renaissance Learning şirkətinə 40 milyon məbləğində sərmayə yatırıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, Google Capital fondu Britaniyanın Permira investisiya fonduna məxsus Renaissance Learning şirkətinə 40 milyon dollar sərmayə yatırıb. Yeni investisiya yatırılmasını nəzərə alaraq Renaissance Learningin bazar qiyməti 1 milyard dollar təşkil edib.Renaissance Learning şirkətinin əsası 1984-cü ildə qoyulub və hazırda şirkətin təxminən 900 əməkdaşı var. Qərargahı ABŞ-ın Viskonsin ştatında yerləşir. Şirkət məktəblər üçün müəllimlərə tədris prosesində kömək edən proqram təminatı və bulud xidmətləri hazırlayır. Şirkətin portfelində oxumağa, riyaziyyatı və xarici dilləri öyrənməyə kömək edən tətbiqlər daxildir.Renaissance Learning şirkətinin öz məlumatlarına əsasən, hazırda ABŞ və dünyanın 60-dan çox dövlətinin məktəb və təhsil müəssisələrinin 33 faizində onun məhsul və xidmətlərindən istifadə edirlər.
Şirkət nümayəndələrinə istinadən The New York Times nəşri yazıb ki, 2013-cü ildə şirkətin gəliri 20% artıb.
Xatırladaq ki, bu, Google Capital fondunun təhsil sahəsinə birinci investisiyasıdır.
Mənbə: Milli.Az

 

21 fevral 2014
GO BACK