Qadin.NET / Qobustanda partlayıcı maddələr aşakarlandı

Qobustanda partlayıcı maddələr aşakarlandı

 

Bu gün Bakı-Şamaxı-Yevlax yolunun 80-ci km-də Qobustan rayonunun Şıxzərli kəndi ərazisində partlayıcı maddələr aşakarlanıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, partlayıcı maddələrin əksəriyyətinin əl qumbaraları, tank əleyhinə olan mərmi və payada əleyihnə olan minalar təşkil edir. Məlumata görə hələlik silah-sursat ərazidə yaranmış yarğanın içərisində aşkar edilib. Tapılan partlayıcılar üzdə olan görüntülər olduğundan güman edilir ki, ərazidə torpağın alt qatlarında daha çox partlayıcı maddə var.Qeyd edək ki, hazırda ANAMA-nın əməkdaşlarına məlumat verilib. Tapılan partlayıcı maddələrin magistral yola yaxın olduğu nəzərə alınaraq ərazidə Qobustan rayon FHN-nin əməkdaşları və polis əməkdaşları təhlükəsizlik tədbirləri görüb və 3 saatdan artıqdır ki ərazidə postlar qurulub. Partlayıcı maddələrin aşakrlandığı andan etibarən magistral yolda avtomobillərin hərəkəti yarım saatlıq dayandırılıb. Hal-hazırda ərazidə təhlükəsizlik tədbirləri davam etdirilməkdədir. 

Mənbə: Milli.Az

21 fevral 2014
GO BACK