Qadin.NET / Dünyanı onlar idarə edir?

Dünyanı onlar idarə edir?

 

PolyMic saytı Amerika iqtisadiyyatının konsolidasiyasından bəhs etmişdir. Aydın olur ki, aldığımız hər bir şey – ərzaq məhsulları, geyim, kosmetika və hətta ev heyvanları üçün qidalar 10 nəhəng şirkət tərəfindən idarə edilir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, seçim illüziyası sxemində təsvir olunduğu kimi, avtomobil və elektrotexnika ilə yanaşı, aldığımız hər bir şeyi 10 nüfuzlu şirkət istehsal edir. Bununla yanaşı ana şirkət sahiblik edə, səhmlərə sahib ola və idarə etdiyi şirkətlərlə əməkdaşlıq edə bilər.
84 milyard dollar dəyərində olan – Procter&Gamble şirkəti Amerikanın ən böyük reklam verən şirkəti hesab edilir və çoxsaylı brendlər ilə bağlıdır. Şirkətin nəzdində, demək olar ki, hər şey istehsal edilir: dərmanlardan, diş pastalarından tutmuş, dəbli geyimə qədər. Bütün dünya üzrə 4,8 milyard insan bu şirkətin məhsullarından alır.
200 milyard dollarlıq Nestle şirkəti hazırda bütün dünya üzrə ən böyük qida istehsalı şirkətidir. Nestle şirkəti Kiehls kosmetikası və Giorgio Armani parfümeriyası daxil olmaqla 8000 müxtəlif brendləri idarə edir.
Konsolidasiya tək istehlak məhsullarında deyil, bir çox digər sahələrdə də baş verir. 1983-cü ildə Amerika mətbuatının 90%-i 50 müxtəlif şirkətə məxsus idi. İndi də o 90% 5 nəhəng tərəfindən idarə edilir.
Amerikanın maliyyə aktivlərinin 54%-nə dair qərarları (sərəncamları) dünyanın 10 nəhəng maliyyə institutu verir. 37 bankdan isə cəmi 4-ü qalıb: JPMorgan Chase, Bank of America, Wells Fargo və CitiGroup.
Mənbə: Milli.Az
20 fevral 2014
GO BACK